Daha 22 ailə Zəngilanın Ağalı kəndinə köçürülür
12 avqust 2023 07:00 (UTC +04:00)

Daha 22 ailə Zəngilanın Ağalı kəndinə köçürülür

Növbəti mərhələdə Zəngilan rayonunun Ağalı kəndinə daha 22 ailə (106 nəfər) köçürülür.

Lent.az APA-ya istinadla xəbər verir ki, növbəti köç karvanı Abşeron rayonu Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Zəngilan” şəhərciyindən yola salınır.

Ailə tərkibinə uyğun olaraq, köçürülənlərdən 9-u üçotaqlı, 9-u dördotaqlı, 4-ü beşotaqlı fərdi yaşayış evi ilə təmin olunub.

Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3285
avatar

Oxşar yazılar