Azərbaycanda faktiki hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, dekabrın 13-ü saat 18:00-a olan məlumatına əsasən Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Qobustan, Altıağac, Quba, Xaltan, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astrada, Bakıda və Abşeron yarımadasında arabir yağış, Daşkəsən, Gədəbəy, Göygöl, Qax, Şahdağda isə qar yağıb.
Naxçıvan, Şahbuz, Ordubad, Daşkəsən, Göygöl, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qusar, Xaltan, Qrız, Lerikdə duman müşahidə olunub.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 6 dərəcəyədək isti, Naxçıvan MR-da 9 dərəcəyədək isti, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda isə 1 dərəcəyədək şaxta olub.