Çoxarvadlılığı  təbliğ edənlər   CƏZALANACAQ
01 noyabr 2023 17:54 (UTC +04:00)

Çoxarvadlılığı təbliğ edənlər CƏZALANACAQ

Özbəkistan prezidenti Şavkat Mirziyoyev qanunvericiliyə ölkədə çoxarvadlılığın təbliğinə görə inzibati məsuliyyət nəzərdə tutan dəyişiklikləri imzalayıb. 

Lent.az xarici mətbuata istinadla bildirir ki, bu barədə Özbəkistan Ədliyyə Nazirliyinin mətbuat xidməti “Telegram”da məlumat yayıb.

“İki və ya daha çox arvadla birgə yaşayışın təbliği, bu məsələ ilə bağlı fikir, ideya və ya çağırışların yayılması, habelə bu cür davranışa təşviq etmə - maksimum müavinətin (əsas hesablanmış məbləğin) on beş mislindən otuz mislinədək miqdarda cərimə və ya 15 günə qədər inzibati həbslə ilə cəzalandırılacaq”, - Ədliyyə Nazirliyindən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4248
avatar

Oxşar yazılar