Koronavirus statistikası: 176 nəfər sağaldı,  714 nəfər yoluxdu,   7 nəfər öldü
21 oktyabr 2020 15:04 (UTC +04:00)

Koronavirus statistikası: 176 nəfər sağaldı, 714 nəfər yoluxdu, 7 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 46 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 40 448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib, aktiv xəstə sayı 5 503 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 072, ötən müddət ərzində isə ümumilikdə 1 250 736 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 547
avatar

Oxşar yazılar