DİQQƏT: hava kəskin pisləşdi, neftçilər təcili köçürülür
02 noyabr 2019 12:26 (UTC +04:00)

DİQQƏT: hava kəskin pisləşdi, neftçilər təcili köçürülür

Dənizdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə 150-dən çox neftçi təxliyə olunacaq.

SOCAR-dan Lent.az-a bildirilib ki, noyabrın 2-də hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar şirkət təhlükəsizlik tədbirlərini maksimum dərəcədə gücləndirib. Hazırda 150-dək əməkdaş sahilə çıxarılıb, bəzi sahələrdən işçilərin təxliyəsi davam edir və yaxın zamanda tamamlanacaq. Hava şəraitinin kəskin pisləşməsi ilə bağlı açıq hava şəraitində işlər məhdudlaşdırılıb, qurğular təhlükəsiz vəziyyətə gətirilib.

Mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, vəziyyət daimi nəzarət altındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1191
avatar

Oxşar yazılar