Bu universitetdə daha 7 qrup distant təhsilə KEÇDİ
10 noyabr 2021 15:28 (UTC +04:00)

Bu universitetdə daha 7 qrup distant təhsilə KEÇDİ

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində daha 7 qrup distant təhsilə keçib. 

Bunu Lent.az-ın sorğusuna cavab olaraq universitetin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin (İƏMD) direktoru Bəhruz Nəzərov deyib.

O bildirib ki, son 10 gün ərzində bir neçə qrup əyani təhsilə qayıdıb: “Oktyabrın 29-dan bu günə qədər 16 distant qrupdan 4-ü əyani təhsilə qayıdıb, 7 qrup isə yoluxmaya görə, onlayn tədrisə keçib. Ümumilikdə isə hazırda 19 qrup dərsləri distant formada davam etdirir”. 

# 2013
avatar

Aytəkin Cəlali

Oxşar yazılar