Azərbaycanda faktiki hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, oktyabrın 19-u saat 17:00-a olan məlumatına əsasən Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Şəmkir, Ağdam, Zaqatala, Şəki, Qax, Quba, Qusar, Neftçalada arabir yağış yağıb.
Külək: Şimal-qərb küləyi Naftalanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənmişdir.
Havanın maksimal temperaturu: Bakıda və Abşeron yarımadasında 19 dərəcəyədək, Aran rayonlarında 20 dərəcəyədək, Naxçıvan MR-da 17 dərəcəyədək, dağlıq rayonlarda 11 dərəcəyədək isti olub.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti oktyabrın 20-i səhər saatlarına qədər davam edəcək.
Bildirilib ki, oktyabrın 20-i gündüz və oktyabrın 21-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.