Azərbaycanda faktiki hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, iyulun 2-si saat 16:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Oğuz, Qəbələ, Şəki, Qobustan, Altıağac, Quba, Qusar, Xaçmaz, Xaltan, Xınalıq, Qax, Qrız, Şahdağ, Göyçay, İmişli, Naftalan, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Neftçala, Yardımlı, Astarada şimşək çaxır, arabir yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir.
Öncədən xəbər verildiyi kimi, şərq küləyi sarı xəbərdarlığa uyğun olaraq Culfada 20 m/s-dək güclənib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 32, Aran rayonlarında 29, Naxçıvan MR-da 27, dağlıq rayonlarda 16 dərəcəyədək isti olub.