Bu gün Bakıya  leysan yağacaq
22 noyabr 2023 06:06 (UTC +04:00)

Bu gün Bakıya leysan yağacaq

Noyabrın 22-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yarlərində yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Gündüz hava əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi 12-15 m/s, cənub-şərq küləyi 8-13 m/s sürətlə əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-15° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7323
avatar

Oxşar yazılar