Bu ərazilərə güclü yağış yağacaq -  PROQNOZ
29 aprel 2021 13:15 (UTC +04:00)

Bu ərazilərə güclü yağış yağacaq - PROQNOZ

Aprelin 30-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-13, gündüz 18-23, Bakıda gecə 11-13, gündüz 20-22 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 22-27, dağlarda gecə 7-12, gündüz 13-18 dərəcə isti olacaq.

Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

# 2295
avatar

Nigar Adil

Oxşar yazılar