Benzin və dizel ucuzlaşacaq?
22 may 2025 11:12 (UTC +04:00)

Benzin və dizel ucuzlaşacaq?

Mühərrik benzinlərinin (aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə) üçün aksiz dərəcəsi 2025-ci il 1 iyun tarixinədək 1 ton üçün 200 manatdan 1 manata endirilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edib.

Digər qazoyllar, o cümlədən dizel yanacağının 1 ton üçün isə aksiz dərəcəsi 2025-ci il 1 iyun tarixinədək 80 manatdan 1 manata endirilib.

Bu qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Qeyd edək ki, bu aksiz dərəcələri bundan əvvəl 2024-cü il 31 dekabr tarixinədək qüvvədə olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 557

Oxşar yazılar