Bu gün Yeni il bayramı ilə əlaqədar ictimai iaşə obyektlərinin saat 00:00-dan etibarən 2022-ci il 1 yanvar saat 02:00-dək fəaliyyət göstərməsinə icazə verilib.
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin xüsusi karantin rejimində ictimai iaşə, xidmət müəssisələrinin fəaliyyəti və peyvəndlənməyə dair qərarında əksini tapıb.
Qərara əsasən, Yeni il bayramı ilə əlaqədar şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda şənlik mərasimlərinin keçirilməsi onlar üçün müəyyən edilmiş mövcud qaydalara, tələblərə və metodiki göstərişlərə uyğun təşkil edilməlidir.
Şənlik mərasimlərində qonaqların ümumi sayı 150 (yüz əlli) nəfərdən çox olmamalı və şənlik mərasiminin keçirildiyi məkanın sahəsi nəzərə alınmaqla hər bir zal üzrə qonaq tutumu müəyyənləşdirilməlidir. 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqlar, COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmalı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalı yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur.
Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.
Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 (beş) gün qalmış mərasimin başlama və bitmə vaxtı (saat 02:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir.

Bayramda restoranlar belə işləyəcək
Oxşar yazılar

İşlər çox pis gedəcək: Bu BÜRCLƏRİ ilin ən çətin dövrü gözləyir
13 iyul 2025 , 09:09
Qızmar istilər kim üçün təhlükəlidir?
13 iyul 2025 , 04:35
İyulun 12-dən bu BÜRCƏ yeni həyat vəd edildi
12 iyul 2025 , 18:37
Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22