Bayram günlərində   hava necə olacaq? -PROQNOZ
06 noyabr 2023 15:25 (UTC +04:00)

Bayram günlərində hava necə olacaq? -PROQNOZ

Bakıda və Abşeron yarımadasında bayram və istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Noyabrın 8-də

Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi 7-12 m/s, gündüz cənub-şərq küləyi 8-13 m/s təşkil edəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 17-22° isti olacaq.

Noyabrın 9-da

Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub küləyi 8-13 m/s, səhər 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-23° isti olacaq.

Noyabrın 10-da

Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək, axşam şimal-şərq küləyi 7-12 m/s təşkil edəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 16-18° isti olacaq.

Noyabrın 11-də

Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Cənub-şərq küləyi 7-12 m/s, gündüz arabir 15-20 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 12-15° isti, gündüz 17-20° isti olacaq.

Noyabrın 12-də

Havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Cənub küləyi 8-13 m/s, arabir 15-18 m/s təşkil edəcək.

Havanın temperaturu gecə 12-16° isti, gündüz 17-21° isti olacaq.

***

Bölgələrdə bayram və istirahət günlərində gözlənilən hava şəraiti

Bölgələrdə bayram və istirahət günlərində gözlənilən hava şəraiti

Noyabrın 8-12-də

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəçəyi gözlənilir. Lakin 10-u axşamdan 11-i səhərədək fasilələrlə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 15 m/s təşkil edəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında  hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 08-də gecə və səhər və 10-da axşam qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında arabir duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-18 m/s, 10-da ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 11-16° isti olacaq.

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 10-da gündüz dağlıq ərazilərdən başlayaraq 12-si gündüzədək fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.Gecə və səhər saatlarında duman olacaq.Qərb küləyi 5-10 m/s, bəzi günlərdə arabir 15-18 m/s təşkil edəcək.

Havanın temperaturu gecə 4-8° isti, gündüz 12-17° isti, dağlarda gecə 1-3° isti, gündüz 5-9° isti olacaq.

Qazax, Gəncə, Goranboy,Tərtər, Füzuli rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 10-da gündüz arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-18 m/s, 10-da ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 7-11° isti, gündüz 18-23° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 08-də gecə və səhər şərq rayonlarından başlayaraq, 10-da səhər isə dağlıq rayonlardan başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-18 m/s, 10-da ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-7° isti, gündüz 7-12° isti olacaq.

Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 08-də gecə və səhər, 10-da gündüz arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi 5-10 m/s, arabir 15-18 m/s, 10-da ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 19-24° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 08-də gündüz, 10-da isə gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi 5-10 m/s, bəzi yerlərdə arabir 15 m/s təşkil edəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 17-23° isti, dağlarda gecə 7-12° isti, gündüz 14-18° isti olacaq.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5409
avatar

Oxşar yazılar