Dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.
Bu barədə Lent.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Bildirilib ki, eyni zamanda bütün məlumat sürət tablolarında "Dumanlı hava" işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.