“Azəriqaz”a məxsus sayğaclar satışa çıxarılıb.
Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev paylaşım edib.
O bildirib ki, yanvarın 18-də Tap.az saytında “Azəriqaz” İstehsalat Birliyinə məxsus qaz sayğacı satışa çıxarılıb:
“Müraciətimizə adekvat olaraq, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları dərhal hərəkətə keçib. Araşdırma nəticəsində məlum olub ki, sayğacı satışa çıxaran şəxs Nərmin adlı bir xanımdır. Əməliyyat nəticəsində saxlanılan xanım “alverçi” sorğu-sual edilir. İnanırıq ki, məsələ öz hüquqi həllini tapacaq. Vətəndaşlara bir daha səslənərək bu kimi hallardan çəkinmələrini tövsiyə edirik. Çünki gec-tez üstü açılan bu tip əməllərin mütləq şəkildə cəzası olur”.