Bakıda qızı doğulan atadan “şirinlik” tələb edən həkim  işdən qovuldu
29 iyun 2024 13:22 (UTC +04:00)

Bakıda qızı doğulan atadan “şirinlik” tələb edən həkim işdən qovuldu

Bir neçə gün öncə sosial şəbəkə platformalarında Lökbatan Tibb Mərkəzinin tərkibindəki 4 saylı doğum evində tibb işçisinin qızı dünyaya gələn atadan “şirinlik” tələb etməsi ilə bağlı görüntü yayılmışdı. Görüntüyə görə, həmin şəxs “şirinlik” məbləği az olduğu üçün ataya etirazını bildirirdi.

TƏBİB-dən Lent.az-a bildirilib ki, sözügedən görüntüdə əks olunan hadisə ilə bağlı geniş araşdırma aparılaraq müvafiq inzibati tədbirlər görülüb:

"Araşdırmanın yekun nəticələrinə əsasən, Lökbatan Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 4 nömrəli Doğum evinin Doğum şöbəsinin həkim-mama-ginekoloqu Məmmədova Sevinc Malik qızının əmək müqaviləsinə iyunun 27-də xitam verilib".

Xatırladaq, iyunun 19-da saat 11:05-də 19 yaşlı şəxs doğuş üçün Lökbatan Tibb Mərkəzinin nəznində yerləşən 4 saylı Doğum evinə müraciət edib. Doğum şöbəsinin həkimi mama-ginekoloq Sevinc Məmmədovanın iştirakı ilə saat 13:30-da pasiyentin qız övladı dünyaya gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4878
avatar

Oxşar yazılar