Bakıda ən çox buranı su basır  – Meriya gücləndirilmiş iş rejiminə keçdi
28 oktyabr 2024 14:30 (UTC +04:00)

Bakıda ən çox buranı su basır – Meriya gücləndirilmiş iş rejiminə keçdi

Bu gün də leysan yağışı özü ilə bərabər ölkəmizin paytaxtına xeyli problemlər yaşatdı. Bununla da paytaxt Bakı artıq neçənci dəfədir ki, yağış sınağından uğurla çıxmır. Şəhərin ərazisində yağışlı hava şəraiti zamanı ən çox sular altında qalan isə Sabunçu rayonu olur. Sosial media platformalarında rast gəldiyiniz video görüntülərdə gördüyünüz kimi, bu rayonun yollarından yağış çay kimi keçir. Bir sözlə Bakının bu rayonunda subasma halları ilə daha çox rastlaşırıq.

Bəs niyə məhz Sabunçu rayonu? Bunun nəsə xüsusi bir səbəbi var? Bunun səbəbini öyrənmək üçün Lent.az-ın əməkdaşı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdi.

Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, qurum səhər tezdən gücləndirilmiş iş rejimində çalışır:

“Güclü yağışın yağması ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin bütün qurumları hamısı iş başındadırlar. Su basma ilə əlaqədar riskli ərazilərdə növbətçilik təşkil olunub. Aidiyyəti qurumlar baş verə biləcək qəzaların qarşısını almaq üçün tədbirlər görür”.

Ləman SƏRRAF

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1779
avatar

Oxşar yazılar