Ancelina Coli "Mariya" filminin premyerasına yeni obrazda qatılıb.
Lent.az xəbər verir ki, Hollivud ulduzu zərif üslub, lüks və yeni saç düzümü ilə hər kəsi heyran edib.
O, yeni filmi "Mariya"nın qala gecəsinə qatılıb. Filmdə Coli yunan opera müğənnisi Mariya Kallas obrazını təcəssüm etdirir və bu rola görə o, yeddi ay ərzində məşhur müğənninin altı ən məşhur ariyasını öyrənib.
Qırmızı xalçada aktrisa özünün “Atelier Jolie” brendinin kolleksiyasından olan metal effektli ipək paltarda dəbdəbəli görünüb.