Qəbələdə dəhşətli qəza:  avtomobil yük maşınına çırpıldı
28 oktyabr 2024 10:59 (UTC +04:00)

Qəbələdə dəhşətli qəza: avtomobil yük maşınına çırpıldı


Ağdaş-Zarağan yolunda dəhşətli yol qəzası baş verib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Qəbələ rayonun Böyük Əmili kəndindən keçən hissədə baş verib. Kamil Ağaquluyev idarə etdiyi “Vaz21154” minik markalı avtomobillə Ağdaş istiqamətində hərəkətdə olarkən idarə etməni itirmiş və yolun sağ kənarında hərəkətsiz dayanmış Murad Məmmədyarova məxsus “Ford Transit” yük markalı avtomobilin arxasına çırpılıb. Nəticədə K.Ağaquluyev hadisə yerində ölüb. Avtomobildə sərnişin qismində olan Rusif Kərimov isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı Qəbələ RPİ-də cinayət işi açılıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660
avatar

Sevinc Fərid

Oxşar yazılar