"Mançester Yunayted" Ten Haqı istefaya  göndərdi
28 oktyabr 2024 16:19 (UTC +04:00)

"Mançester Yunayted" Ten Haqı istefaya göndərdi

“Mançester Yunayted” Erik ten Haqı komandanın baş məşqçisi vəzifəsindən azad edib. Ruud van Nistelroy müvəqqəti baş məşqçi təyin edilib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı xəbər verir. 

Yayda mankunian klubu Ten Haqla müqaviləni 2026-cı ilin iyununa qədər uzadıb.

İngiltərə Premyer Liqasının 9 turundan sonra "Mançester Yunayted" 11 xalla 14-cü pillədə qərarlaşıb.

“Mançester Yunayted” klubu 9-cu turda səfərdə "Vest Hem"ə 1:2 hesabı ilə uduzub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 396
avatar

Oxşar yazılar