Sumqayıtda 53 yaşlı kişi bıçaqlandı  -YENİLƏNİB
28 oktyabr 2024 09:15 (UTC +04:00)

Sumqayıtda 53 yaşlı kişi bıçaqlandı -YENİLƏNİB

Sumqayıtda 53 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxsin və ya şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.

 

Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Lent.az-a bildirib.

O, vurğulayıb ki, hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, oktyabrın 27-də saat 22 radələrində Sumqayıt şəhəri ərazisində 1971-ci il təvəllüdlü Y.Manafova kəsici alətlə xəsarətlər yetirilməsi barədə polisə məlumat daxil olub.

 

 

***

08:41

 

Sumqayıtda 53 yaşlı kişi bıçaqlanıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 34-cü məhəlləsində qeydə alınıb.

1971-ci il təvəllüdlü Yaşar Muxtarpaşa oğlu Manafov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 909
avatar

Oxşar yazılar