Sosial şəbəkə və xəbər portallarında Bakıda ana dörd uşağını küçəyə atması ilə bağlı məlumat dərhal aidiyyəti dövlət qurumları tərəfindən nəzarətə götürülərək araşdırılıb.
Bu barədə Lent.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu məlumat verib.
O bildirib ki, qadının kimliyi müəyyən olunub.
"Öncə uşaqlar müayinə və müalicə üçün xəstəxanaya yerləşdiriliblər. Qadın isə ərazi üzrə polis əməkdaşları tərəfindən saxlanılıb. Onun övladlarından imtina etməsinin səbəbləri araşdırılır".