Tanınmış iş adamı, "Azersun Holdinq"in prezidenti Abdolbari Gozal vəfat edib.
Lent.az xəbər verir ki, tanınmış iş adamı bir saat öncə Dubayda xəstəlikdən vəfat edib.
Azersun Holdinq onun ölümü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir:
"Dərin hüznlə bildirmək istəyirik ki, Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi mühüm töhfələrə görə ölkə başçısı tərəfindən "Şöhrət" ordeni, "Tərəqqi" medalı, onlarla yerli və qlobal mükafatla təltif edilən xeyriyyəçi iş adamı, "Azərsun Holdinq"in qurucusu Abdolbari Gozal vəfat edib. Allah rəhmət etsin!"
Qeyd edək ki, Abdolbari Gozal 1992-ci ildən etibarən Azərbaycan və Gürcüstanda fəaliyyətə başlayıb. O, Azərbaycanın qida sənayesində əhəmiyyətli payı olan Azərsun Holdinqə rəhbərlik edib.
Abdolbari Gozal Azərbaycan Prezidenti tərəfindən "Şöhrət" ordeni və "Tərəqqi" medalı ilə təltif olunub.