Azərbaycanın Almaniyada icazəsiz yaşayan  37 vətəndaşı geri qaytarıldı
27 noyabr 2024 18:22 (UTC +04:00)

Azərbaycanın Almaniyada icazəsiz yaşayan 37 vətəndaşı geri qaytarıldı

“Azərbaycan ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş çərçivəsində noyabrın 26-da Azərbaycan vətəndaşı olan 37 nəfər Almaniyadan geri qəbul edilib.

Bu barədə Lent.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Qeyd edilib ki, fəaliyyəti Dövlət Miqrasiya Xidmətinin əlaqələndirdiyi Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər keçirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 450
avatar

Oxşar yazılar