“Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədovun yerinə təyinat olub.
Lent.az xəbər verir ki, mədəniyyət naziri Anar Kərimovun əmri ilə Nazim Hüseynov kinostudiyaya yeni direktor təyin olunub.
***
15:20
“Azərbaycanfilm” kinostudiyasının direktoru Fariz Əhmədov vəzifəsindən ayrılıb.
Lent.az xəbər verir ki, bu barədə F.Əhmədov özü feysbuk hesabında bildirib.
Onun sözlərinə görə, martın 1-dən kinostudiyanın direktoru vəzifəsindən istefa verib.
F.Əhmədov paylaşımda vurğulayıb ki, bundan sonrakı fəaliyyətini audiovizual layihələrin istehsalı sahəsində davam etdirəcək.
Qeyd edək ki, Fariz Asif oğlu Əhmədov 2020-ci ilin sentyabrın 30-dan bu vəzifədə çalışırdı.