Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 374 yeni yoluxma faktı qeydə alınıb, 1029 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 789 332 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 775 275 nəfər müalicə olunaraq sağalıb, 9 518 nəfər vəfat edib, aktiv xəstə sayı 4 539 nəfərdir.