Azərbaycanda oxumağı və yazmağı bacarmayan şagirdlərin  SAYI
23 iyun 2021 16:36 (UTC +04:00)

Azərbaycanda oxumağı və yazmağı bacarmayan şagirdlərin SAYI

“Təəssüf ki, 9-cu və 11-ci siniflərin şagirdləri arasında nəinki tədris proqramını minimum mənimsəməyənlər, hətta oxuyub-yazmaqda çətinlik çəkənlər və ya ümumiyyətlə, oxuyub-yazmağı bacarmayanlar da aşkar olunub”.

APA xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib. Qeyd edilib ki, belələri 11-ci sinif şagirdləri arasında 2 nəfər, 9-cu sinif şagirdləri arasında isə 34 nəfərdir.

9-cu siniflər üzrə oxumağı və yazmağı bacarmayan şagirdlərin sayı belədir: Bərdə rayonunda 4 nəfər, Bakı şəhərində 3 nəfər, Goranboyda 3 nəfər, Gədəbəy, Göygöl, Lənkəran, Lerik, Sabirabad, Şəki və Yardımlı rayonlarının hərəsində 2 nəfər, Ağdaş, Ağsu, Astara, İsmayıllı, Kəlbəcər, Masallı, Oğuz, Qazax, Salyan və Şəmkir rayonlarının hərəsində 1 nəfər. 11-ci siniflər üzrə belə hallara yalnız Gəncə şəhərində və Kəlbəcər rayonunda (hərəsində 1 nəfər) rast gəlinib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1893
avatar

Oxşar yazılar