Azərbaycanda müşahidə olunan  isti havanın   SƏBƏBİ
08 fevral 2024 16:16 (UTC +04:00)

Azərbaycanda müşahidə olunan isti havanın SƏBƏBİ

Hazırda ölkə ərazisində qış fəslinə xas olmayan mülayim isti hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Lent.az-a bildirib ki, sinoptik şəraitlə əlaqədar cənub istiqamətli axınların təsiri ilə Bakıda və Abşeron yarımadasında 23, rayonlarda isə 22 dərəcəyədək isti müşahidə olunur:

“Ötən illərin fevral ayında da belə anomal isti hava şəraiti qeydə alınmışdı. Bakıda və Abşeron yarımadasında havanın temperaturu 2023-ci ildə 21 dərəcə, 2021-ci ildə 22 dərəcə, 2020-ci ildə isə 25 dərəcəyədək yüksəlmişdi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13581
avatar

Arzu Qurbanlı

Oxşar yazılar