Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimi vəfat edib.
Lent.az xəbər verir ki, AzMİU-nun Fövqəladə hallar və Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının baş müəllimi Soltan Səbzəliyev onlayn dərs deyən zaman dünyasını dəyişib.
Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin Mətbuat və İnformasiya Şöbəsinin rəhbəri Nəcibə Mirzəyeva Lent.az-a açıqlamasında bildirib ki, Soltan Səbzəliyev 62 yaşında qəfil ürəktutmadan vəfat edib: “O, doğulduğu İsmayıllı rayonunun Ruşan kəndində dəfn olunub”.
Qeyd edək ki, Soltan Səbzəliyev 25 ildən artıq AzMİU-da çalışıb.