Azərbaycanda gənc qız zorla ərə verilib? - RƏSMİ AÇIQLAMA
10 yanvar 2024 16:34 (UTC +04:00)

Azərbaycanda gənc qız zorla ərə verilib? - RƏSMİ AÇIQLAMA

Toy mərasimində gəlin köçən xanımla bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, araşdırmalarla müəyyən edilib ki, toy mərasimi 2022-ci ilin dekabr ayında bölgə rayonlarından birində keçirilib.

Tərəflər arasında yaranan mübahisəyə səbəb 18 yaşlı xanımın məcburi nikaha daxil edilməsi yox,  məişət xarakterli anlaşılmazlıq olub.  

Həmin anlaşılmazlıqda hüquqazidd hal, yaxud  kriminal tərkib müəyyən edilməyib. 

Qeyd edək ki, sosial şəbəkələrdə gənc qızın zorla ərə verildiyini əks etdirən görüntülər yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6066
avatar

Oxşar yazılar