Azərbaycanda erkən doğuşlarla bağlı yeni AÇIQLAMA
05 may 2021 13:35 (UTC +04:00)

Azərbaycanda erkən doğuşlarla bağlı yeni AÇIQLAMA

“Qeysəriyyə əməliyyatından sonra növbəti doğuş ən azı 2-2.5 il fasilə ilə tövsiyə olunur. Bu əməliyyatdan sonrakı dövrün necə keçməsindən, uşaqlıq üzərindəki olan çapığın sağalmasından, qadın orqanizminin özünü toparlamasından və qadının yanaşı xəstəliyi varsa onun durumundan asılı olan bir zamandır”. 

Bu fikirləri Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib. 

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova

Sevinc Məmmədova erkən yaşda baş verən hamiləliklərin və ya doğuşların risklərindən danışarkən bildirib ki, erkən yaş dedikdə 15-17 yaş arası nəzərdə tutulur və gənc orqanizmin yetkin olmaması bütün daxili orqanların yetişməməsi deməkdir:

“Gənc qadın hamiləliyi sona çatdırmamaq kimi risklər daşıyır. Onlarda, adətən doğuş baş verdikdə doğum travmaları, çanaqdibi əzələlərin yararsızlığı, azçəkili yetişməmiş uşaqların doğulması, qanaxmalar kimi fəsadlaşmalara rastlanır. Onu da qeyd edim ki, ölkəmizdə erkən doğumların statistikası azalmağa doğru gedir”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2484
avatar

Nigar Adil

Oxşar yazılar