Azərbaycanda diplomu tanınmayanların yeni  STATİSTİKASI
02 noyabr 2021 12:47 (UTC +04:00)

Azərbaycanda diplomu tanınmayanların yeni STATİSTİKASI

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA)  oktyabr ayı üzrə xarici diplomların tanınma statistikasını açıqlayıb.

Agentlikdən Lent.az-a verilən məlumata görə, oktyabr ayı üzrə 338 müraciətdən 257-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib. 81 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb:

“Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 41, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 20, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 15, digər səbəblər üzrə 5 nəfərin müraciəti mənfi qərarla nəticələnib.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 95, Rusiyadan 89, Ukraynadan 87, Gürcüstandan 19, Böyük Britaniya və Şimali İrlandiyadan 8, digər ölkələrdən isə 40 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslar isə, iqtisadiyyat üzrə 44, hüquqşünaslıq üzrə 43, tibb üzrə 17, biznesin idarə edilməsi üzrə 14, stomatologiya üzrə 12 nəfər müraciətçi qeydə alınıb.

Qeyd edək ki, sənədlərə ortalama baxılma müddəti 23 gün təşkil edib. Vətəndaşlar xarici ali təhsil ixtisaslarının tanınması üçün www.tanınma.az keçidinə daxil ola bilərlər”.

# 2352
avatar

Aytəkin Cəlali

Oxşar yazılar