Azərbaycanda yeniyetmə oğlan və qızlar boşanıb.
Lent.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin "Azərbaycan gəncləri" məcmuəsində bu barədə məlumat verilib.
Bildirilir ki, Azərbaycanda 2015-ci ildə 15-17 yaş aralığında 1 oğlan və 3 qız boşanıb.
Qeyd edək ki, sonrakı illərdə isə həmin yaş aralığında oğlanların boşanma halları qeydə alınmasa da, ardıcıl olaraq 2017-ci ildə 2, 2018-ci ildə 1, 2019-cu ildə 4, 2020-ci ildə 3, 2021-ci ildə 5, 2022-ci ildə 3, 2023-cü ildə isə 2 yeniyetmə qız boşanıb.