Heydər Əliyev prospektində sıxlıq
19 fevral 2021 17:41 (UTC +04:00)

Heydər Əliyev prospektində sıxlıq

Avtobusların Bakının mərkəzinə girişində problem yarandı - SƏBƏB -FOTO

Heydər Əliyev prospekti şəhər mərkəzi kənar yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. 

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, sıxlıq səbəbindən metronun “İçəri şəhər” “28 May”, “Gənclik” və “N.Nərimanov” stansiyaları istiqamətində ekspress və müntəzəm xətlər üzrə avtobusların intervalında gecikmələr yaranıb. 

Qeyd olunur ki, bu artıq gün ərzində eyni yolda avtomobillərin hərəkətində qeydə alınan ikinci sıxlıq halıdır. Bu dəfə sıxlığa səbəb Bağırov körpüsü adlanan tuneldən çıxışda beton qarışdıran mikserli yük avtomobilindən yolun hərəkət hissəsinə beton qarışığının tökülməsidir.

# 1401
avatar

Mehman Nəbiyev

Oxşar yazılar