Azərbaycanda faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, yanvarın 7-nə saat 17:00-a olan məlumata əsasən, Quba, Gədəbəy, Daşkəsən, Qusar, Altıağac və Xaltanda qar yağır.
Şimal-qərb küləyi Göyçayda 21 m/s, Tərtər, Qəbələ, Ağdam, Naftalanda 20 m/s, Şəki, Daşkəsəndə 18 m/s, Bakıda 17 m/s, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2 metrə çatıb.