APA TV  yayım dairəsini genişləndirir
22 may 2025 20:24 (UTC +04:00)

APA TV yayım dairəsini genişləndirir

 APA TV bu gündən CONNECT TV və Megalinkdə yayımlanacaq.

APA MEDİA GROUP”a daxil olan APA Televiziyası Ailə TV, CityNet, Ultel ilə yanaşı, bu gündən “Connect Tv” və “Megalink”də də yayımlanır.

“Ailə TV”-nin kabel yayımında APA TV-yə baxmaq üçün 17, Ailə TV-nin İPTV platformasında isə 61-ci kanalı seçməlisiniz.

“CityNet”də APA TV-yə baxmaq üçün 19-cu kanalı, “Ultel”də isə 44-cü, BBTV-də 49-cu kanalı seçməlisiniz.

“Connect” TV istifadəçiləri də APA TV-yə 19-cu kanalda baxa bilərlər.

APA TV-nin yayım vaxtı səhər 08-00-dan gecə 02:00-00-a qədərdir. Yayım zamanı saatın ən son xəbərlərini, hadisə yerindən canlı bağlantıları, yeni müsahibələri və verilişləri, sənədli filmləri, araşdırma materiallarını izləyə bilərsiniz.

Xatırladaq ki, Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən 30 noyabr 2022-ci ildə APA televiziyasına platforma yayımçısı lisenziyası verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 390

Oxşar yazılar