Abituriyentlər stress keçirəcək, repetitorlar qazanacaq – Ekspertdən ŞƏRH
27 oktyabr 2021 13:36 (UTC +04:00)

Abituriyentlər stress keçirəcək, repetitorlar qazanacaq – Ekspertdən ŞƏRH

"Nazirlər Kabineti tərəfindən ali təhsil müəssiələrinə qəbul qaydalarında edilən dəyişikliyə əsasən, ikinci qrupdan "Regionşünaslıq" və "Beynəlxalq münasibətlər" ixtisası üçüncü qrupa keçirildi. Bu dəyişiklik gözlənilən idi". 

Bu sözləri Lent.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, dəyişikliyi yüksək qiymətləndirmir:

"Yeni qərar abituriyentləri əlavə yükə salacaq. Abituriyentlərdən çox, repetitorlara müsbət təsir göstərəcək.  

Nəzərə alsaq ki, orta məktəblərdə şagirdlər coğrafiya fənnini oxuyurlar və onlar bölgə, region barədə məlumatı heç imtahan vermədən də öyrənə bilərlər. 

Bu digər qruplarla müqayisədə abituriyentlərin daha çox fənndən imtahan verməsinə gətirib çıxarır. Hesab edirəm ki, belə olan halda abituriyentlərin yükü daha çox olacaq. 

Daha bir mənfi tərəf isə ondan ibarətdir ki, bu qərar gecikib, çünki artıq oktyabrın sonudur. Qəbul imtahanlarına 7-8 ay qalıb və bu səbəbdən də abituriyentlər stress yaşayacaqlar". 

Ekspertin sözlərinə görə, dəyişikliyin mənfi tərəfləri ilə bərabər müsbət tərəfləri də var.

“Abituriyentlərin ali məktəblərə qəbul olma şansı artacaq. Yeni qərara əsasən, abituriyentlər yalnız əlavə coğrafiya fənnindən imtahan verməklə öz şanslarını daha da artıracaqlar. Coğrafiya fənnindən nisbi balın hesablanmayacağını nəzərə alsaq, bu da abituriyentlər üçün fürsətdir. Yəni, coğrafiya fənnindən 0 bal toplasalar da, onlar ixtisas seçimi edə biləcəklər. 

Ona görə də düşünürəm ki, 3-cü qrupda bir fənnin artırılması o qədər də ciddi dəyişiklik deyil. 

Abituriyentlər heç hazırlaşmadan, sadəcə məktəb bilikləri ilə imtahan verə bilərlər. Eyni zamanda daha çox ixtisas seçmə imkanına malik olacaqlar. 

Müsbət məqamlardan biri də ondan ibarətdir ki, 3-cü qrupda ballar artmayacaq”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4311
avatar

Aytəkin Cəlali

Oxşar yazılar