Xırdalanda yolların əsaslı təmirinə pul ayrıldı
27 noyabr 2019 18:07 (UTC +04:00)

Xırdalanda yolların əsaslı təmirinə pul ayrıldı

Prezident İlham Əliyev Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, sərəncamla Xırdalan şəhərində ümumi uzunluğu 5,1 kilometr olan avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycanın 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,9 milyon (üç milyon doqquz yüz min) manat ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1618
avatar

Oxşar yazılar