Dünyada hava səyahətlərinin tam yenidən başlaması ilə hava yollarında qiymətlər ən azı 50 faiz arta bilər.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu xəbərdarlığı Beynəlxalq hava nəqliyyatı assosiasiyası (IATA) edib.
Eyni zamanda qeyd edilir ki, daşıyıcıların qiymət artırması nəticəsində təyyarələrdə bəzi yerlərin boş qalması da qazanmaq istəyinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərəcək.
Xatırladaq ki, aprel ayının sonundakı vəziyyətə görə, dünyada hava uçuşları 95 faizə yaxın azalıb.
Bəzi hava şirkətləri, o cümlədən “Delta” və EasyJet artıq bəyan ediblər ki, sərnişinlər arasında təhlükəsiz məsafə saxlamaq üçün ortadakı yerlərə bilet satışından imtina edəcəklər. Təyyarə dizaynerləri də oturacaqlar arasında plastik ekranlar quraşdırmağı düşünürlər.
Ekspertlər qeyd edirlər ki, hətta uçuş zamanı veriləcək yeməklər tamamilə fərqli olacaq. “American Airlines” isə bəyan edib ki, daxili reyslərdə sərnişinlərə spirtli içki və yemək verilməyəcək. “United” müştərilərə müştərilərə qablaşdırılmış və möhürlənmiş içkilər təklif edəcək, “Delta” isə müştərilər və əməkdaşlar arasında fiziki ünsiyyəti azaltmaq üçün sərnişinləri uçuş zamanı özləri ilə yemək gətirmələrinə çağırır.