Təhlükəli havadan daha tez xəbərimiz olacaq - NAZİRLİK
20 may 2020 11:40 (UTC +04:00)

Təhlükəli havadan daha tez xəbərimiz olacaq - NAZİRLİK

Dövlət investisiyası hesabına bu il Azərbaycanda 2 Dopler radar sistemi Şamaxı və Göygöldə quraşdırılıb.

Lent.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva açıqlama verib.

O bildirib ki, 2030-cu ilədək daha 3 müasir radar sisteminin ölkəmizdə quraşdırılması nəzərdə tutulur ki, bu da bütün ölkə ərazisində təhlükəli hava hadisələri ilə bağlı erkən xəbərdarlıq sisteminin əsas həlqəsini təşkil edən radiometeoroloji müşahidələrin aparılmasını tam əhatə edəcək: “Yaxın zamanlara qədər buludlar üzərində müşahidələr keçən əsrin 70-ci illərinin istehsalı olan, mənəvi və texniki cəhətdən köhnəlmiş meteoroloji radiolokatorlar vasitəsi ilə həyata keçirilirdi. Dövlət tərəfindən bizim təşkilatın statusu artırılaraq departamentdən xidmətə çevrilib. Bu bir daha hidrometeorologiya sahəsinə göstərilən yüksək diqqətin göstəricisidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2647
avatar

Aygün İbrahimli

Oxşar yazılar