Tanınmış blogger 190 manat aldığına görə qınandı - RƏSMİ
08 may 2020 17:52 (UTC +04:00)

Tanınmış blogger 190 manat aldığına görə qınandı - RƏSMİ

"Səbinə Kətanovanın birdəfəlik ödəmə ilə bağlı müraciətinə baxılarkən də e-bazalarda onun adında heç bir əmlak, avtomobil və s. olduğu müəyyən edilməyib".

Lent.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov özünün "Facebook" profilində paylaşım edib. Qurum rəsmisi paylaşımında blogger Səbinə Kətanovanın 190 manat almasını sosial şəbəkələrdə müzakirə mövzusu olmasına aydınlıq gətirib:

"Bəzi sosial şəbəkə səhifələrində Bakı şəhər sakini Kətanova Səbinə Natiq qızının maddi cəhətdən imkanlı olması təəssüratını yaradan şəklini paylaşaraq 190 manat birdəfəlik ödəmənin ona da verildiyini bildirməsi barədə statuslar paylaşılır.

Bununla əlaqədar bildirirəm ki, müraciətlərə baxılması müxtəlif dövlət orqanlarına məxsus e-informasiya sistemləri üzərindən həyata keçirilib. Müraciət edənlərin birdəfəlik ödəmə almaq hüququna baxılarkən, yalnız bu bazalardakı məlumatlara istinad edilib, onların maddi-məişət şəraitinin əyani müayinəsi aparılmayıb.

S.Kətanovanın birdəfəlik ödəmə ilə bağlı müraciətinə baxılarkən də e-bazalarda onun adında heç bir əmlak, avtomobil və s. olduğu müəyyən edilməyib.

Ödəmə alanların siyahısının nazirlik tərəfindən açıqlanması da, elə ictimai aşkarlığa önəm verilməsinin göstəricisidir. Eyni zamanda, məqsəd əslində 190 manata ehtiyacı olmayan, lakin yaranmış hüququndan istifadə edərək bu ödəməni əldə edənlərin aşkarlanması və onları ictimai qınağa çəkməkdir.

S.Kətanovanı da hüququ yaranmasına baxmayaraq, ehtiyacı olmadan birdəfəlik ödəməni aldığına görə qınayırıq".

Qeyd edək ki, Səbinə Kətanova daha çox instaqram sosial şəbəkəsində "Sabina Katanova" adı ilə vinerlər paylaşır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6546
avatar

Mehman Nəbiyev

Oxşar yazılar