Ötən ay sirkə turşusundan zəhərlənmə ilə bağlı iki müraciət olub.
Bu barədə Lent.az-a Bakı şəhər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov məlumat verib.
Bildirib ki, zəhərlənənlərdən biri evə buraxılsa da, digəri hələ də xəstəxanada müalicə alır. Sirkə turşusu içənlərin hər ikisi qadındır.
Eyni zamanda, sentyabr ayında dəm qazından zəhərlənmə ilə bağlı 3, dərmanlardan zəhərlənmə ilə bağlı 6 müraciət olub. Ölüm halı qeydə alınmayıb.