Psixoaktiv maddələr qəbul edənlər koronavirusdan necə qorunur?
02 iyul 2020 09:38 (UTC +04:00)

Psixoaktiv maddələr qəbul edənlər koronavirusdan necə qorunur?

"Hal-hazırda bütun dünyanı cənginə alan COVİD-19 virusu narkoloji xəstələrin müalicəsi prosesində bəzi çətinliklər yaratsa da, Respublika
Narkoloji Mərkəzin heyəti xəstələri qorumaq üçün əllərindən gələni edirlər".
Lent.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Zamin Əliyev Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü Azərbaycan Dövlət Televiziyasına müsahibəsində bildirib.
O bildirib ki, psixoaktiv maddələrin  qəbuledicilərinin immun sistemi zəif və bədən müqavimətləri çox aşağı olduğundan yoluxma təhlükəsi dəfələrlə artır, olduqca təhlükəli fəsadlar verə bilər:"Məhz buna görə mərkəzimizin qəbul şöbəsində, ilkin olaraq, xəstələrin bədən hərarətləri ölçülür, anamnestik məlumatlar toplanılır və rentgen müayinəsi edildikdən sonra Narkoloji Mərkəzə yerləşdirilir. Azərbaycan ərazisində hazırda tətbiq olunan xüsusi karantin rejiminin qaydalarına əsasən xəstə ziyarətlərinə yol verilmir”.

 

  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2095
avatar

Aygün İbrahimli

Oxşar yazılar