Operativ Qərargah: 158 yeni koronavirusa yoluxma qeydə alınıb, 58 nəfər sağalıb
16 may 2020 15:20 (UTC +04:00)

Operativ Qərargah: 158 yeni koronavirusa yoluxma qeydə alınıb, 58 nəfər sağalıb


 

Azərbaycan Respublikasında 158 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 58 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə 3138 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1944 nəfər müalicə olunaraq sağalıb, 36 nəfər vəfat edib, 1158 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 52 nəfərin vəziyyəti orta-ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 226 005 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6688
avatar

Oxşar yazılar