İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus xəstəliyinin profilaktikası və müalicəsi üçün antibiotiklərin effektiv olub-olmamasına dair məsələyə aydınlıq gətirib.
APA xəbər verir ki, qurumun məlumatında qeyd edilib ki, koronavirusun müalicəsində antibiotiklər effektiv deyil: "Antibiotiklər virusa təsir etmir, onlar yalnız bakterial infeksiyalara qarşı təsirlidir. "COVID-19" virus təbiətli olduğundan antibiotiklər qeyri-effektivdir.
Koronavirusun profilaktikası və müalicəsi üçün antibiotiklərdən istifadə etmək olmaz. Onlardan istifadəyə yalnız həkimin göstərişi əsasında bakterial infeksiyanın müalicəsi üçün yol verilir”.