Koronavirusun kafedə yayılma sürəti ilə bağlı ŞOK EKSPERİMENT  - VİDEO
20 may 2020 12:11 (UTC +04:00)

Koronavirusun kafedə yayılma sürəti ilə bağlı ŞOK EKSPERİMENT - VİDEO

Artıq bir neçə gündür kafe və restoranların fəaliyyətinə icazə verilib. Düzdür, bu cür obyektlər vaxt məhdudiyyəti və xüsusi qaydalar çərçivəsində müştəri qəbul etsələr də, yoluxma riski yüksək olaraq qalır.

Lent.az bildirir ki, yaponiyalı elm adamları da koronavirusun kafe və restoranlarda yayılma sürəti ilə bağlı maraqlı eksperiment aparıblar. Kameralarla lentə alınan eksperimentlə bir kafedə şərti olaraq koronovirus xəstəsinin virusu 30 dəqiqə ərzində içəridəkilərin hamısına “yoluxdurduğu” üzə çıxıb.

“Qara işıq” adlandırılan eksperimentlə koronovirusun yayılma sürəti test edilib. Eksperimenti Yaponiyanın NHK kanalı aparıb. Bir kafedə nahar edən 10 nəfərdən birinin əlinə şərti olaraq koronavirus xəstəsi olduğunu göstərən xüsusi boya sürtülüb. Yarım saatın tamamında isə “qara işığ”ın altında şərti olaraq virus qəbul edilən boyanın izləri araşdırılıb. Bu zaman nəticə hər kəsi dəhşətə gətirib - digər 9 nəfərin hamısında boya izlərinə rast gəlinib. Həmçinin masalarda, oturacaqlarda, qab-qacaqda da boya izləri görülüb. Bu isə bir daha gigiyena və sosial məsafə qaydalarına əməl etməyin nə qədər vacib olduğunu göstərir. (Medpress.az)

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3382
avatar

Oxşar yazılar