Koronavirus Bakı Zooparkına necə təsir etdi? - Direktor DANIŞIR
20 may 2020 17:05 (UTC +04:00)

Koronavirus Bakı Zooparkına necə təsir etdi? - Direktor DANIŞIR

“Bakı Zooloji Parkı karantin dövründə elə ciddi problemlə üzləşmir. Koronavirusdan əvvəl də zooloji parkda dezinfeksiya aparılırdı, inidi də davam edir”.

Bunu Lent.az-a açıqlamasında Zooloji Parkın direktoru Azər Hüseynov deyib. O bildirib ki, hazırda pandemiya ilə əlaqədar mövcud olan karantin rejiminə görə, işçilərin az hissəsi işə çıxır: “İşə gələn işçilərin sayını iki dəfədən çox azatlmışıq ki, çox tünlük olmasın. Bu müddətdə heç bir problem yaşamadıq. Əksinə, dəvəquşuları 7 bala verib. İki gün bundan əvvəl Dağıstan Turundan, ondan əvvəl Qarabağ atından bala almışıq. Nil qazından da bala alınıb”.

Direktor deyib ki, zooloji parkın sakinlərinin hazırda Qaradağda sakit həyat sürməsi onların bala verməsinə təsir edib: “Dekabrda dünyaya göz açan Aslanın balası artıq 5 aylıqdır. Bilirsiniz ki, karantindən əvvəl də heyvanlar yeni yerə göçürlüdyü üçün ziyarətçilər gəlmir. Buna görə sakitlikdir. Heyvanlar stressdən uzaq olduğuna görə bala verənlər artıb. Ümumiyyətlə, vəziyyət normaldır”.

Koronavirusun heyvanlara keçmə ehtimalına gəlincə, A.Hüsenov bildib ki, heyvanlarda bu virusun olub-olmadığını test etmək imkanları yoxdur: “Ümumiyyətlə, heyvanlara daim nəzarət olunur. Əgər heyvan özünü narahat  hiss edirsə, o zaman temperaturunu yoxlayırıq və müalicə edirik. Sağlam gəzən heyvanları yoxlamırıq”.

Hazırda parkda 800-ə yaxın heyvan növünün saxlandığını deyən direktorun sözlərinə görə, bir müddətdir yeni heyvan gətirilməsə də, bir sıra ölkələrlə müqavilələri var: “Ölkələr arsında gediş-gəlişə məhdudiyyət olduğu üçün heyvanları gətirmək olmur. Sərhədlər açıldıqdan sonra heyvanlar gətiriləcək”.

A.Hüseynov yenilənmiş zooloji parkın nə zaman açılacağına da toxunub: “Bu il yəqin ki, yeni Zooloji Parkın açılışı olacaq və sakinlər çox gözəl bir parkla tanış ola biləcəklər”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3064
avatar

Aygün İbrahimli

Oxşar yazılar