Karantin dövründə vətəndaşlar tibb müəssisələrində nə qədər qala bilər? - Rəsmi CAVAB
03 aprel 2020 13:18 (UTC +04:00)

Karantin dövründə vətəndaşlar tibb müəssisələrində nə qədər qala bilər? - Rəsmi CAVAB

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov müəyyən xəstəliyi olan şəxslərin 8103-ə 1 yazaraq icazə almasından sonra icazə müddətindən uzanması məsələsinə aydınlıq gətirib. 

APA-nın məlumatına görə, sədr müavini bütün tərəflər bunun pandemiya olduğunu nəzərə almalıdır: “Həkimlər müəyyən xəstəliyi olan şəxslərlə (Məsələn, onkoloji xəstəliyi olanlar, dializ xəstələri və s.) bağlı məsələyə səbrlə yanaşmalı və 2 saatdan artıq müddətdə qalan vətəndaşlara hər dəfə arayış verməlidirlər. Aidiyyəti qurumların əməkdaşlarının yoxlaması zamanı vətəndaşlar karantin rejimi müddətində tibb müəssisələrində 2 saatdan artıq qalacaqsa, bununla bağlı arayış təqdim etməlidirlər. Digər halda bu, karantin rejiminin pozulması sayılacaq. Bu cür məhdudiyyətlərə yer verməsək, bu, sui-istifadə hallarına gətirib çıxara bilər. Ona görə də bütün tərəflərdən bu qaydalara əməl etmələri xahiş olunur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 961
avatar

Oxşar yazılar