Karantin dövründə çalışan işçilər və onlara əlavənin ödənilmə müddəti müəyyənləşdi
16 may 2020 18:10 (UTC +04:00)

Karantin dövründə çalışan işçilər və onlara əlavənin ödənilmə müddəti müəyyənləşdi


Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin əhatə dairəsinin və əlavənin ödənilmə müddətinin müəyyən edilməsi barədə” qərar verib.

APA-nın məlumatına görə,  qərara əsasən, xüsusi karantin rejimi dövründə sosial xidmətlər göstərilməsində iştirak edən işçilərin əhatə dairəsi aşağıdakı kimi müəyyən edilib:

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmət sektorunda çalışan işçilər;

- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun tabeliyində olan psixonevroloji, sağlamlıq imkanları məhdud uşaqlar üçün, pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisələrinin, habelə həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin və penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün Sosial Adaptasiya Mərkəzində çalışan işçilər.

Müddətli əlavə 2020-ci il aprelin 1-dən iyunun 1-dək olan müddət üçün iş vaxtına mütənasib olaraq ödəniləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11050
avatar

Oxşar yazılar

Bayram günləri hər yerə yağış yağacaq  - PROQNOZ

Bayram günləri hər yerə yağış yağacaq - PROQNOZ

14 iyun 2024 , 11:48
Baş Prokuror Binəqədi sakinlərini dinləyəcək

Baş Prokuror Binəqədi sakinlərini dinləyəcək

14 iyun 2024 , 11:14
Bu gecə Qaxa  dolu yağıb   - FAKTİKİ HAVA

Bu gecə Qaxa dolu yağıb - FAKTİKİ HAVA

14 iyun 2024 , 10:52
Bu il məzun olan şəhid övladları - SİYAHI

Bu il məzun olan şəhid övladları - SİYAHI

14 iyun 2024 , 10:05
Bakının 3 rayonu və Xudat qazsız qalacaq

Bakının 3 rayonu və Xudat qazsız qalacaq

14 iyun 2024 , 09:45
Bakıda bu yollarda sıxlıq var

Bakıda bu yollarda sıxlıq var

14 iyun 2024 , 08:35
Azərbaycanda “Son zəng”  qeyd edilir

Azərbaycanda “Son zəng” qeyd edilir

14 iyun 2024 , 08:00
İyunun 14-nün ULDUZ FALI:  Məhsuldar gün olacaq, əylənməyə vaxt ayırın

İyunun 14-nün ULDUZ FALI: Məhsuldar gün olacaq, əylənməyə vaxt ayırın

14 iyun 2024 , 00:01