İstirahət günlərinin hava PROQNOZU
29 noyabr 2019 18:38 (UTC +04:00)

İstirahət günlərinin hava PROQNOZU

İstirahət günlərinə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, istirahət günlərində Böyük və Kiçik Qafqazda hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam saatlarında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Havanın temperaturu gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.

Lənkəran-Astara zonasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq.

Havanın temperaturu gecə 4-6, gündüz  10-14, dağlarda gecə 2-5,  gündüz  5-7 dərəcə isti olacaq.

Qazax-Gəncə zonasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.

Havanın temperaturu gecə 3-7, gündüz  11-16 dərəcə isti olacaq.

Aran rayonlarında  hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. 

Havanın temperaturu gecə 2-6, gündüz  12-17 dərəcə  isti olacaq.

Naxçıvan MR-da hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi yerlərdə  yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Havanın temperaturu gecə  0-4, gündüz  10-15 dərəcə  isti olacaq.

Paytaxtda isə hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu  gecə 7-9,  gündüz  11-14 dərəcə isti olacaq.                 

                     

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1633
avatar

Aygün İbrahimli

Oxşar yazılar